Mikayıldan onu BİABIR EDƏN müğənniyə cavab: Görüşəndə belə danışmırdı

Aparıcı Mikayıl "5/5"də müğənni-bəstəkar hacı Nazim Məmmədovun barəsində söylədikləri ittihamlara cavab verib.

Day.Az xəbər verir ki, Milli.Az-a danışan aparıcı, Nazimdən heç vaxt özünə qarşı soyuqluq hiss etmədiyini bildirib. Mikayıl verilişinə gəlincə, qonaqları arasında sənətkarların çoxluq təşkil etdiyini xüsusi ilə qeyd edib:

"Hacı Nazimlə dünən mən görüşmüşəm. Həmin günü axşam da verilişə gedib. 3-4 ay əvvəl də saç salonunda görüşmüşük, amma mən soyuqluğu belə hiss etməmişəm. Hacıda soyuqluq varsa mənə qarşı, bilmirəm. Çünki görüşəndə belə danışmayıb. Zaur sual verib, o da öz rəyidir, bildirib. 

Mənim verilişimdə həm yeni oxuyanlar olur, həm də kifayət qədər tanınmış, möhürünü vurmuş sənətkarlar da qonağım olur. Mən ona deyim vallah?! Mən ondan özümə qarşı bu soyuquluğu hiss etməmişəm. Düzü, Nazimlə sıx münasibətim yoxdur. Amma görəndə bir-birimizlə salamlaşırıq".

Qeyd edək ki, Zaur Kamalın "Mikayılda nə pisdir, nə yaxşıdır?" sualına Nazim emasional şəkildə "Mən Mikayılla soyuq görüşürəm. O vaxt bir məsələ var idi. Mikayıl bir dəfə elə bir söz, məsələ çıxartdı, şou göstərdi ki, güya mən elçiliyə gəlirəm. Pisi yaxşı kimi təqdim edir. Onun açdığı veriliş var e, sonra da bayağılıqdan danışırlar. Özü də başlayıb oxumağa deyəsən. Elə musiqi var ki, camaata təqdim edirlər "bu yaxşıdır"?" cavabını verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.