Gürcüstanda turistləri aparan avtomobil dərəyə yuvarlandı - Ölən və yaralanan var

Gürcüstanın Tuşeti bölgəsində turistləri aparan avtomobil dərəyə yuvarlanıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı bir nəfər həlak olub.

Daha 1 nəfərin isə xəsarət aldığı deyilir. Avtomobildə nə qədər turistin olduğu və turistlərin milliyəti barədə hələlik məlumat verilməyib.

Qəza yerində təcili yardım briqadaları və xilasedicilər işləyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.