"Xəstə olduğum üçün məni xınaya çağırmırlar" - Tünzalə

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.
Day.Az xəbər verir ki, lent.az-ın canlı yayımına qonaq olan aktrisa biznesinin bağlandığını deyib:

"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm. Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.