Çində körpü çökdü - Avtomobillər çaya düşdü

Çinin cənubundakı Quandun əyalətində körpünün çökməsi nəticəsində iki avtomobil çaya düşüb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, körpünün çökməsinə leysan yağışlar səbəb olub.

Xilasedicilər bir nəfəri xilas edə bilib. Digər itkilər və ya zərərçəkənlər barədə məlumat verilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.