Bakıda təcili yardım maşını qəzaya düşdü: yaralılar var

Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində Mircəfər Bağırov körpüsünün yaxınlığında təcili tibbi yardım maşını ilə "Mercedes" markalı avtomobil toqquşub.

Xəsarət alanların olduğu bildirilir. DYP əməkdaşları qəzanın səbəblərini araşdırır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.