"İndi özünü qız kimi aparan kişilər dəbdədir"

"İndi gündəmdə olmaq üçün normal olmaq lazım deyil. Normal olsan, haqqında danışmayacaqlar, saytların başlağında olmayacaqsan. Kanallar səni çağırmayacaq. Amma normal olmayan hərəkətlər et, danış, deyəcəklər reytinqdir. Ağıllı olub, özünü dəli kimi göstərmək camaatın diqqətini çəkir".

Day.Az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi efirlərdən gileylənib. O bildirib ki, özünü normal aparanlar artıq gündəmdə qala bilmir:

"Əslindən onlar çox ağıllıdılar. Amma gündəm xatirinə özlərini elə aparırlar. Bəzisi kişidir, başlayır qız kimi davranışlar etməyə. Beləcə, diqqət çəkir. Bayağılıq tək mahnılarda deyil. Elə davranışlarda da özünü göstərir. Guya, bunların içində bir qadınlıq yatırmış. Təəssüf ki, hazırda efirdə də belələrinə maraq var".

Elvin son günlər qalmaqala səbəb olan məşhurların ictimai nəqliyyatdan istifadə etməsi mövzusuna da münasibət bildirib:

"Sonuncu dəfə dekabrda metroya minmişəm. Toya tələsirdim, yolda tıxac var idi. Maşını bir yerdə saxlayıb, getdim metroya. Gedib rahat və vaxtında da toya çatdım. Heç kimin fikrinə şərh vermirəm: müğənni metroya minə bilər və ya yox. Hərənin öz fikri var. Məcbur qalanda istifadə edirik, bundan sıxılmıram da. Amma maşın olduğu üçün çox yox. Amma öz fikrimi deyim, sənət adamları metroya minə bilər. İnsan məcbur qalanda hər şey edir. Heç vaxt heç vaxt demə".

Qeyd edək ki, Xalq artisti Nazpəri Dostəliyeva "Metro, avtobus sənət adamları üçün deyil" sözlərini demiş və qalmaqala səbəb olmuşdu.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.