İki ulduz futbolçu bir qadına görə dava etdi

"Beşiktaş"ın futbolçusu Adem Lyayiçlə İstanbul klubunun sabiq üzvü, hazırda Çin təmsilçisi "Quanqzu R&F"da çıxış edən Duşko Toşiç dava edib.

Day.Az Fanat.Az-a istinadla xəbər verir ki, buna səbəb Adem Lyayiçin Sofiya Miloşeviç olub. 

Belə ki, Adem Lyayiç Serbiya millisindəki komanda yoldaşı Milan Smilyaniçin toyuna sevgilisi ilə birlikdə gəlib. Toşiçin də toya qatılması iki futbolçu arasında gərgin mübahisəyə səbəb olub. Ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Duşko Toşiç bir müddət Sofiya Miloşeviçlə birlikdə olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.