Dayədən ağlasığmaz əməl

Türkiyədə yaşayan özbək dayə oğurluqda ittiham olunur.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, Türkiyənin Balıkesir vilayətində yaşayan özbəkistanlı Gulnoza Rabievanın iş adamı Ayaz Kılıçın oğluna hər gün yuxu dərmanı verdiyi məlum olub.

O, yuxu dərmanı verərkən evdəki kameranı söndürüb, ev sahiblərinə isə işıqların söndüyünü söyləyib.

Dayə ifşa olunduğunu anlayanda fürsət taparaq evdəki qızılları oğurlayaraq qaçıb, sonra da sosial şəbəkələrdə qızıllarla şəkillər çəkdirib.

Hazırda Gulnoza Rabieva axtarışdadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.