UEFA prezidenti Bakıya görə İngiltərəni

UEFA-nın prezidenti Aleksandr Çeferin növbəti dəfə Avropa Liqası final oyunun Bakıda keçirilməsi fikrini dəstəkləyib.

Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, Çeferin İngiltərəni sərt tənqid edib.

Aleksandr bildirib ki, ingilis klublarının daimi şikayəti və qəzəbi onlara kömək etməyəcək:
"Əgər məndən soruşsalar ki, niyə Bakıda oyun keçirmək qərarına gəlibsiniz, deyərəm: "Çünki orada insanlar yaşayır. Onlar yerli vaxtla axşam saat 23:00-da başlayan oyuna baxdılar və heç kəs şikayət etmədi. Əgər iki Azərbaycan komandası Londonda oynasaydı, heç kəs şikayət etməzdi.

İlyarım əvvəl biz qərara gəldik ki, final oyunu Bakıda, 70 min azarkeş tutan müasir stadionda keçiriləcək. Mən düşünürəm ki, o boyda İngiltərədə bu stadiondan böyük cəmi bir stadion var. Siz futbol ulduzlarını canlı görən insanların sevincinə tamaşa etməli idiniz. Futbolu təkcə İngiltərə və Almaniyada yox, hər yerdə inkişaf etdirmək lazımdır.
UEFA prezidenti postuna seçkilərdə məni Avropa federasiyalarının 76 faizi var idi, siyahıda İngiltərə yox idi. İngiltərə başqa namizədi dəstəklədi. İngilis klubları şikayətlərində ağılsızdırlar. Avropada bu üsulla populyarlıq qazana bilməzsiniz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.