Dünya çempionu həbs edildi - SƏBƏB

Amerikalı boksçu, müvəqqəti dünya çempionu titulunun sahibi Markus Braun həbs edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, boksçunun həbsinə səbəb evdəki zorakılığı olub.

Məlum olub ki, Braun keçmiş sevgilisi və onun qızlarına yaxınlaşmağı qadağan edən məhkəmə qərarını pozub. Buna görə də saxlanılıb. Bu, artıq son 18 ayda dördüncü həbsdir.

Cinayət işinin materialına əsasən, 22 may tarixinə əsasən, Braun evə soxulub. Bu zaman keçmiş sevgilisi polisə xəbər verib. Markus polislər gələndə evi tərk edib. Çərşənbə günü isə hakim qarşısına çıxarılan boksçu 5000 dollar girovla azadlığa buraxılıb. Növbəti dinləmə 12 avqust tarixinə təyin edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.