Ramil Usubov müavininin qardaşı oğluna vəzifə verdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Mahir Quliyev 23-cü Polis Bölməsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, M.Quliyev isə Daxili işlər nazirinin müavini Fazil Quliyevin qardaşı oğludur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.