Yeni Zelandiya sahillərində güclü zəlzələ olub: sunami təhlükəsi var

Yeni Zelandiya sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri, Fanqerei şəhərindən 908 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xidmət, həmçinin zəlzələ bölgəsində sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.