Bu bəxtəvərlər lotereyada 14,2 milyon dollar udub

İki nəfər Kanada sakini "Loto Max" milli lotereyada qazandığı 19 milyon Kanada dolları (14,2 milyon ABŞ dollar) məbləğində cekpotu öz aralarında böləcəklər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "OLG" şirkətinin nümayəndələri bildirib.

Məlumata əsasən, uduş biletinin biri Ontario vilayətində, digəri isə Kanadanın mərkəzi regionlarının birində satılıb.

Qaydalara görə, mükafat almaq üçün uduş bileti təşkilatçılara təqdim edilməlidir, qalibin ya da qaliblərin adları ictimaiyyətə açıqlanmalıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.