Yevlax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb. 

Hadisə zamanı "Qazel" markalı yük maşını ilə "VAZ" 2106 markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!