İngiltərə təyyarəsi İstanbulda qəza enişi edib

İngiltərənin "British" Hava Yollarına məxsus "Boinq-787" markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb Hindistandan Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb. Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.