Bakıda güclü yanğın

Bakının Yasamal rayonu ərazisində yanğın başlayıb.

Day.Az baku.ws-ə istinadən bildirir ki, yanğın hadisəsi "Alov qüllələri"nin yaxınlığındakı boş otluq ərazidə qeydə alınıb. 

Hadisə baş verən əraziyə dərhal yanğınsöndürən maşınlar cəlb olunub. Yanğınsöndürənlər hadisə olan əraziyə vaxtına çataraq yanğına müdaxilə edib. Qısa zamanda yanğını lokallaşdırmaq mümkün olub.  

Əlavə məlumat veriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.