Qubada avtomobil krana çırpıldı, sürücü öldü

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, Quba rayon Nügədi kənd sakini, 27 yaşlı Şahbaba Hüseynov idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.