Fransada ali təhsil aldı, Bakıya qayıdıb QATİL OLDU

2 il əvvəl Bakıda qətl törətmiş Zakir Məmmədov Ali Məhkəməyə müracit edib. 

Milli.Az News24.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə ittiham edilərək azadlıqdan məhrum edilən 1984-cü il təvəllüdlü Məmmədov Zakir Elxan oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Şahin Yusifovun icraatına verilib. 

Qeyd edək ki, 2017-ci ilin fevralında 64 yaşlı Firudin Hüseynovu qətlə yetirən 1984-cü il təvəllüdlü Zakir Məmmədov Fransada ali təhsil alıb. Belə ki, fevralın 5-də 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonu F.Yusifov küçəsindəki mənzilində tapılıb. Məlum olub ki, Firudin Hüseynov həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib. Qətli törətməkdə təqsirli bilinən Z.Məmmədov həbs edilib.

İstintaq araşdırması zamanı Zakir Məmmədovum vətəndaşın etibarından sui istifadə edərək dələduzluq əməli törətməsi də müəyyən edilib. O, qətl hadisəsi törətməmişdən əvvəl dələduzluq etdiyi üçün axtarışda olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.