Argentina və Uruqvay işiqsız qaldı

Argentina və Uruqvay elektrik enerjisiz qalıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Argentinanın elektrik enerjisi distribütoru "Edesur" şirkətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Enerji təchizatı sistemində irimiqyaslı nasazlıq Argentina və Uruqvay elektrik enerjisiz qoyub. Əlavə məlumat veriləcək".

Qeyd edək ki, Argentina artıq 1 saatdır ki elektrik enerjisiz qalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.