https://news.day.az/azerinews/1129534.html
Salah son qərarını açıqladı: Hansı klubu seçir?
Salah son qərarını açıqladı: Hansı klubu seçir?
İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin "Real" və Turinin "Yuventus" klublarına satmaqdan imtina edib.
Day.Az Trend-ə istinadən bildirir ki, 27 yaşlı misirli hücumçu "Liverpul"da qalmaq qərarını qəbul edib və özü transferdən imtina edib.
Qeyd edək ki, M.Salah 2018/2019 mövsümündə 52 oyunda iştirak edib, 27 qol vurub və 13 qolla nəticələnən pas verib.
Xatırladaq ki, "Liverpul" klubu ötən mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə Premyer Liqasında isə 97 xal toplayaraq ikinci yerdə qərarlaşıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре