Xərçəngin yox edilməsində inqilabi adım

Xərçəng xəstəliyinin müalicəsində daha bir effektiv üsul kəşf olunub.

Day.Az xəbər verir ki, ABŞ-ın Arkanzas Universitetinin professorları dərinin üzərindən xərçəng hüceyrələrini tapıb yox etməyi bacarıblar.

Professorlar bunun üçün lazerdən istifadə ediblər. Belə ki, xərçəng hüceyrələri digər hüceyrələrə nisbətən daha çox şüa əmir, tez zamanda genişləyir və çökür.

"Futurist" texnologiya şirkətinin məlumatına görə, müalicə üsulunun məqsədi xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşsıını almaq və bədənə yayılmadan yox etməkdir.

"Science Translational Medicine" dərgisində yayımlanan sınağı qələmə aln Vladimir Zarov bu texnologiyanın metastaz (hüceyrələrin bölünüb yayılması) prosesini əhəmiyyətli dərəcədə azaltma potensialı olduğunu qeyd edib. Bildirib ki, bu müalicə üsulu sağalmağa ümid verir. Lazer üsulu ilə bir xərşəng xəstəsinin şişlərinin 96%-ni yox etmək mümkündür.

Cihaz yeni olmasa da, insanlar üzərində ilk dəfə bu cür istifadə olunur. Cihazın əvvəlkilərdən fərqi 1 litr qanı 1 saat içində analizetmə qabiliyyətidir. (publika.az)