Gənc qız sevgilisi ilə öpüşəndən dərhal sonra öldü

Kanadada 20 yaşlı qız öz cavan sevgilisi ilə öpüşdükdən dərhal sonra ölüb.
Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, ölümə səbəb qızda yerfındığına (araxis) qarşı kəskin allergik reaksiyanın olmasıdır.

Məlum olub ki, cavan oğlan öpüşməzdən əvvəl yerfındığı yağı ilə bişirilmiş sendviç yeyib. 

Öpüşdən sonra qız çətin nəfəs almağa başlayıb, nəticədə keçinib.
Oğlan təcili yardım çağırsa da, həkimlər qızı xilas edə bilməyiblər.

Əcaib ölümə səbəb olan gənc ifadəsində qızın yerfındığına qarşı allergiyasının olmasından xəbərsiz olduğunu bildrib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.