Zerrin Özer 61 yaşında ərə getdi

Türkiyənin məşhur müğənnisi Zerrin Özer üçüncü dəfə ərə gedib.

Day.Az Oxu.Az-a istinadən xəbər verir ki, 61 yaşlı sənətçi özündən yaşca kiçik sevgilisi Muradla nikah masasına oturub.

Qeyd edək ki, ötən aylarda Z.Özer maqazin proqramlarından birində səmimi etirafı ilə gündəmə damğa vurmuşdu:

"Çox yaxında yaxşı xəbərlər eşidəcəksiniz. Evlilik təklifi almışam. Uzun zamandır bir nəfərlə münasibətim var. Heç vaxt bərabər görüntümüz olmayıb. Sevgilim şou-biznes aləmindən deyil. O mənə uşaq kimi qayğı göstərir. Həyat yolumun yoldaşıdır. Ona bir könüldən min könülə aşiq olmuşam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.