Milan-Moskva reysi ilə uçan təyyarədə kondisionerlər işləmədi

Milan-Moskva reysi ilə uçan təyyarənin sərnişinləri kondisionerlərin işləməməsindən narahatlıq keçirsələr də, hava gəmisi heç bir problem olmadan Rusiya paytaxtının aeroporta enib.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, "Aeroflot" şirkətinə məxsus təyyarədəki ötürücülər hermetikliyin pozulmasını qeydə alıb. Daha sonra kondisioner sisteminin işləmədiyi məlum olub.

Buna baxmayaraq, təyyarənin "Şeremetyevo" hava limanına enişi zamanı heç bir problem yaranmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.