Məzun gecəsində ATIŞMA - 1 ölü, 7 yaralı

ABŞ-ın Pensilvaniya ştatında Filadelfiyada məktəblərin birində atışma baş verib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, atışma məktəbdə təşkil olunmuş məzun gecəsi zamanı olub. Məlumata görə, insident nəticəsində 1 nəfər odlu silahdan açılmış atəşdən dünyasını dəyişib.

Daha 7 nəfərin yaralandığı bildirilir. Yaralılar 15-17 yaşlarındadırlar.

Atışmanın baş vermə səbəbi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.