İzləyicisindən Fidana tənqid - “Yazın nazirəm, dərhal sizə yazacaq ”

Aktrisa Fidan Axundovanın paylaşdığı yeni fotosu yersiz müzakirələrə səbəb olub.

Day.Az ölkə.az-a istinadən bildirir ki, sənətçi İnstaqram səhifəsindən yeni fotosunu yayımlayıb.

Lakin aktrisa bu paylaşımına peşman olub.

Belə ki, izləyicilərdən biri Axundovanın heç bir şərhə cavab verməməsindən, deyəsən, yaman əsəbləşib. Bundan sonra o, aktrisanın ünvanına xoşagəlməz şərh yazaraq onu tənqid edib.

"Fidana yazın nazirəm, biznesmenəm dərhal sizə yazacaq. Yoxsa bu aktrisalar boşuna aktrisalıq eləmirlər".

Şərhdən də göründüyü kimi, izləyici nəinki Fidan Axundovanı, hətta aktrisalıqla məşğul olan bütün sənətçiləri təhqir edib.

Sözügedən şərhi sizə təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.