Daha bir rayonumuzda zəlzələ oldu

Bu gün səhər saatlarında Qax rayonunda zəlzələ baş verib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, yeraltı təkanlar təqribən 07:40-da Güllük kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, zəlzələ 5-7 saniyə davam edib.

Zəlzələ 4 bala qədər hiss olunub.

Qeyd edək ki, 2012-ci il mayın 7-də şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Güllük kəndində də xeyli sayda fərdi yaşayış evləri və sosial obyektlər dağılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.