"Anamın vaxtında mənə qoyduğu qaydaları indi qızıma qoymuram"

Anamın vaxtında mənə qoyduğu qaydaları indi qızım Nərgizə qoymuram. Çünki onun bədəlini sonradan çox ödədim. İçimdə hələ də nələrdəsə bir kompleks var. Ruhən azad insanam. Özümü arada sığallayıram ki, bunu kiməsə görə etmədin.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Zaurla Günaydın" verilişində deyib. Sənətçi övladlarına qoyduğu qadağalardan danışıb:

"Övladlarımda oxumaq istedadı olsa, dəstək duraram. Onlara qadağa qoymaram. Nərgizdə belə istedad var. Amma düşünürəm ki, bu hobbidir". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.