Bu gün səhiyyə işçilərinin peşə bayramı günüdür!

Bəşəriyyət üçün ən vacib amil, lakin çox vaxt etinasız yanaşdığımız ən dəyərli sərvət sağlamlıqdır. Sağlamlğımızın keşiyində isə məhz bu şərəfli peşənin sahibləri, yəni tibb işçiləri dayanır.

Day.Az Medicina.az-a istinadla xəbər verir ki, Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub.

Ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.

2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Hazırda isə öz sənətini dərindən bilən, cəmiyyətin sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.