Monika Belluççinin 14 yaşlı qızı görüntüsü ilə HƏR KƏSİ OVSUNLADI

Dünya şöhrətli aktrisa Monika Belluççi ilə aktyor Vensan Kasselin 14 yaşlı qızı Deva Kassel moda həftəsində bütün diqqətləri öz üzərinə toplayıb.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, ulduz cütlüyün qızı Milan Moda həftəsində "Dolce & Gabbana"nın kişi yaz-yay kolleksiyasının dəfiləsində iştirak edib. Bu, bir neçə ay əvvəl özünü model kimi sınayan Devanın ilk çıxışı olub.

O, dəfiləyə sözügedən moda evinin geyimlərində gəlib. Deva nümayiş üçün qara dar şalvar, atlas pencək və qırmızı krujeva top seçib. Saçlarını açıq qoyan model obrazını "Dolce & Gabbana"nın məşhur çantası ilə tamamlayıb.

Qeyd edək ki, Deva aprel ayında italyan moda evinin yeni ətrinin reklamında çəkilərək onun siması olmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.