Mingəçevirə qonaq gedən 6 yaşlı qız hovuzda boğuldu

Mingəçevirdə 6 yaşlı uşaq hovuza düşərək ölüb.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki,hadisə şəhərin Naxçıvan küçəsində baş verib. İlkin məlumatlara görə, qonşu rayondan qonaq gələn 2013-cü il təvəllüdlü Duyğu Məmmədova su hovuzuna yıxılıb. Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.