Bodrumda gəmi batdı

Türkiyənin Bodrum rayonunun Muğla sahillərində, Aralıq dənizində gəmi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gəminin qanunsuz miqrantları apardığı qeyd edilir.

Məlumata görə, Türkiyə sahil mühafizə xidməti əməkdaşları 31 nəfəri xilas etməyə müvəffəq olublar. Xilas edilənlər arasında qadınlar və azyaşlılar olduğu bildirilir.

Ümumilikdə, qəza anında gəmidə 40 qanunsuz mühacir olduğu deyilir. Hazırda digər şəxslərin dəniz sularında axtarışları davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.