"Arvadım evdən qovdu ki, get bağda ağac sula"

Müğənni Əli Mirəliyev həyat yoldaşından gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Səhər-səhər" verilişində deyib ki, işləməyəndə arvadı onu evdən qovub:

"İki ildir burada çalışıram. Cavan və yaşlı nəsil məni gördü. Əvvəl hamı məndən üz döndərmişdi. Bir vaxtlar hamının stolunun başında otururdum. Sonra heç məni yada salmadılar.

Arvadım məni qovdu ki, get, bağda ağac sula. Heç mənə yemək də bişirmirdi. Mən insanam, 69 yaşında kişini qoyarlar qocalar evində? İndi işləməsəydim, məni də qoyacaqdılar qocalar evinə".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.