“Müğənnilər əvvəlcə musiqi dərsinə gedib, sonra efirə çıxsınlar”

Xalq artisti Aygün Səmədzadə "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" proqramında qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bayağı müğənnilərin efirə çıxmasından söz açıb:

"Deyirlər ki, televiziyalarda Bədii Şuralar yaradılır. Ondansa, ifaçılara ayrıca musiqi dərsləri keçərdilər. Dərnəklər yaranardı, o müğənnilər heç olmasa, 50-100 bəstəkarın əsərindən xəbərdar olardı, sonra səhnəyə çıxıb, nəsə təqdim edərdilər. Çox yaxşı olardı. Musiqi təhsili məsələsi hazırda problemlidir. Gərək uşaqlarımıza yaxşı musiqi təhsili verilsin ki, onların zehni bu tipli ifaları qəbul etməsin. Yoxsa məhvə gedərik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.