Şamaxının Sabir qəsəbəsində ev yanıb

Şamaxıda birmərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, rayonun Sabir qəsəbəsində ümumi sahəsi 24 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.