Əllərini bağlayaraq çaya tullanan sehrbazdan qorxulu xəbər

Hindistanda məşhur sehrbaz onu dünyaya tanıdan nömrəsini edərkən yoxa çıxıb.
Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, qollarını zəncirlə bağlayaraq çaya tullanan sehrbaz yoxa çıxıb.

Cançal Lahiri adlı sehrbazın öldüyü ehtimal edilir. Lahiri Qərbi Benqaliya vilayətindəki çaya tullanıb. Onu izləmək üçün isə xeyli tamaşaçı toplaşıb. Amma suya bir qayıqdan qolları zəncirli şəkildə buraxılan sehrbaz sonradan suyun üzünə çıxmayıb. Polis və dalğıcların axtarışı da nəticə verməyib.
Polis bildirib ki, Lahirinin meyiti tapılmayana qədər ölü elan edilməyəcək.

.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.