Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, iyunun 17-də saat 17 radələrində Qazax şəhəri ərazisində Göygöl rayon sakini A.Musayev idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən şəhər sakini Turxan Bondarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!