"Alov qüllələri"nin yaxınlığındakı yaşıllıq zolağı yanır

Paytaxtın Yasamal rayonu ərazisindəki yaşıllıq zolağında yanğın başlayıb. 

Day.Az xəbər verirki, Demokrat.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın Yasamal rayonu ərazisində yerləşən Nəriman Nərimanov heykəlinin yanındakı yaşıllıq zolağında çıxıb. 

Yanğın baş verən ərazinin yaxınlığında "Alov qüllələri" və digər hündürmərtəbəli yaşayış binaları yerləşir. 

Yanğının yaşayış binalarına keçmə ehtimalı var. Yanğının təhlükəli yerdə çıxmasına  baxmayaraq, hazırda ərazidə heç bir yanğınsöndürmə texnikası və polis əməkdaşları yoxdur. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.