Dünya silsilə zəlzələlərlə SARSILDI

Yaponiyanın şimalındakı Niiqata vilayətində rixter cədvəli üzrə 6,6 bal gücündə zəlzələ baş verib.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tsuruoka qəsəbəsindən 22 kilometr məsafədə yerləşib. Yerli dairələr ölkənin şimal sahilləri üçün sunami təhlükəsi elan edib.

Dalğanın hündürlüyünün 1 metrə çatacağı gözlənilir.

Yaponiyadakı yeraltı təkandan bir neçə dəqiqə sonra Rusiyanın Kursk vilayətində rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.  Seysmik titrəyişin episentri vilayətdən 12 kilometr məsafədə yerləşib. Fəsadlar barədə hələ ki, məlumat yoxdur. Ciddi həyəcan yaşayan sakinlər, evlərini tərk edib, bölgəyə xilasedicilər cəlb edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.