Piton ilanı timsahı diri-diri uddu

Avstraliyanın Kvinslend bataqlığında təbiətdə nadir rast gəlinən ov prosesi lentə alınıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəhəng piton ilanının bir timsahı diri-diri udmasını yerli sakin öz telefonu ilə anbaan çəkib.

Çəkdiyi fotoları sosial mediada yayımlayan yerli sakin ovun bir neçə dəqiqə çəkdiyini qeyd edib.

Avstraliya televiziya kanalları "Ən böyük ilan ən böyük timsahı uddu" başlıqları ilə xəbəri yayımlayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.