Neftçalada 29 yaşlı gənc güllələndi

Neftçalada odlu silahla bağlı insident baş verib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə rayonun Astanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya xəstəxanada ilk tibbi yardım göstərilib və o, cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yaralının dediyinə görə, qonşusu Məhəbbət adlı şəxs tərəfindən güllələnib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.