"İnstagram" fenomeni hesabını bağlamalı oldu - Paylaşdığı fotoya görə

İndoneziyanın Bali adasında tətildə olan məşhur isveçli "İnstagram" modeli Natali Klater düyü tarlası önündə bikini ilə şəkil çəkdirib. Fotonun arxa fonunda isə tarlada işləyən bir kəndli qadın olub.

Day.Az Metbuat.az-a istinadla xəbər verir ki, modelin şəkli "İnstagram"da paylaşaraq altına "Tarladan hər səhər düyü yığan adamla öz həyatım arasındakı fərqi düşünürəm" yazması izləyicilərinin tənqidinə səbəb olub.

İzləyiciləri modeli narsist, duyğusuz və kibirli adlandırıblar. "İnstagram" fenomeni sonradan daha bir status paylaşaraq indoneziyalıları tərifləsə də, xeyri olmayıb. Nəticədə linçlərə məruz qalan model hesabını bağlamalı olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.