Bakının mərkəzi küçəsini su basdı

Dünən axşam saatlarında Bakı şəhər Nəsimi rayonu ərazisində - "Şamaxinka" adı ilə tanınan ərazidə qazılmış yolu su basıb.

Day.Az publika.az-a istinadən xəbər verir ki, son günlərdə dəfələrlə qazıntı işləri görülmüş yolun (20 Yanvar küçəsinin Moskva prospekti və Asif Məhərrəmov küçələri istiqaməti) hərəkət hissəsində yararsız vəziyyətdə olan asfalt örtüyü axan su səbəbindən daha da yararsız vəziyyətə düşüb. Ərazidə nəqliyyat vasitələrinin və piyadaların keçməsi çətinləşib.

Qeyd edək ki, xeyli vaxtdır ki, Moskva prospektində yerüstü piyada keçidinin tikintisi həyata keçirilir. Bununla yanaşı yaxınlıqdakı Asif Məhərrəmov küçəsində də əsaslı təmir işləri görülür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.