Sel 7 nəfəri apardı

Türkiyənin şərq hissəsində aramsız yağan yağışlar fəsadlara yol açıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, yağışların Ağrı vilayətində yatadığı sel nəticəsində 7 nəfər itkin düşüb. Məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı isə 5 nəfər çatıb. Ölənlərdən 2-nin uşaq olduğu bildirilir.

Məlumata görə, sel yol və kənd təsərrüfatına da ciddi ziyan vurub.

Qeyd edək ki, sonuncu dəfə Ankarada aramsız yağan yağışlar nəticəsində 3 nəfər dünyasını dəyişmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.