Bakıda 67 yaşlı qadını vurub qaçan sürücü saxlanıldı

Bakıda qadını vurub qaçan sürücü saxlanılıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində yaşayan Məmmədov Zamiq Süleyman oğlu idarə etdiyi "Hyundai Sonata" markalı 10-FS-939 dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyada, 1952-ci il təvəllüdlü Rozakova Zemfira Sergeyevnanı vuraraq hadisə yerindən qaçıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.