Şamaxıda yük avtomobili aşdı, sürücü hadisə yerində öldü

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi "Dong Feng" markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.