Qar adamın ayaq izləri kadra düşdü

"YouTube"dakı "Secure Team 10" kanalının paylaşdığı yeni video çarx bütün dünyada böyük marağa səbəb olub.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, sözügedən video çarx Kanada və ABŞ sərhədində lentə alınıb.

Operator-ovçu çəkilişin konkret yerini demir. Videoda ovçu böyük insan izinə rastlayır. Bu, qar adamının ayaq ləpirləridir. Görünür ki, izlər çox hündür bir məxluqa aiddir.

Kadrları izləyənlərin böyük əksəriyyəti ayaq izlərinin Yetiyə, yəni qar adamına aid olduğunu qeyd ediblər. Bəziləri isə ləpirlərin ayıya məxsus olduğunu desələr də, bir çox mütəxəssis onlara yanıldıqlarını deyiblər. Çünki ayılar başqa iz buraxırlar və meşədə iki arxa ayaq üstündə qaçmırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.