Baş nazirdən QƏRAR -  Bu şəxslərin maaşı artırıldı

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları və "Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında" Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.