Gəncədə xəstəxananın həyətində yüksək dozada narkotik qəbul edən şəxs öldü

Gəncə şəhər 3 saylı Xəstəxananın həyətində meyit tapılıb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, Şəmkir rayonunun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu axşam saatlarında idarə etdiyi "VAZ 2107" markalı 20 CA 442 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhər 3 saylı Xəstəxananın həyətinə gələrək avtomobilin salonunda mənşəyi məlum olmayan narkotik maddə qəbul edib.

Narkotik maddənin dozası yüksək olduğundan T.Teymurov avtomobilin salonunda zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.