“KİA” kombaynla toqquşdu, yaralılar var

Bakı-Quba avtomobil magistralının 79-cu kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, "KİA Sportage" markalı, 99 NK 277 dövlət nömrə nişanlı avtomobil kombaynla toqquşub.

Qəzaya yüksək sürət səbəb olub. Belə ki, "KİA Sportage" yüksək sürətlə arxadan kombayna çırpılıb.

Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Kombayn sürücüsünün şəxsiyyəti dəqiqləşdirilib. Bu, 1970-ci il təvəllüdlü Salyan rayon sakini Raqil Əsədulla oğlu Abbasovdur. "KİA Sportage"i isə 1972-ci il təvəllüdlü Şirinov İlqar İlham oğlu idarə edib.

Sürücülər və "KİA Sportage" markalı maşında olan üç sərnişin yaralı halda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.